EN

36 yaşlı kişi satıcı sevgilisini söyən məktəblini bıçaqlayıb ÖLDÜRDÜ – FOTO

Rusiyada qanlı qisas: Satıcı sevgilisini söyən məktəblini bıçaqlayıb öldürdü

İnterpress.az xəbər verir ki, Rusiyanın Udmurtiya regionunda dəhşətli cinayət hadisəsi baş verib.

Məlumata görə, bir qrup məktəbli mağazaya daxil olaraq səs-küy salıb. Satıcı qadın onlara irad bildirdikdə isə yeniyetmələr nalayiq ifadələr işlədərək (söyüş söyərək) qadınla mübahisə ediblər.

Axşam saatlarında qadını qarşılamağa gələn 36 yaşlı sevgilisi məsələdən xəbər tutub. Qadının şikayətindən sonra o, üzərindəki bıçaqla yeniyetmələrlə haqq-hesab çəkməyə gedib.

Satıcı qadın ona şikayət edib və 36 yaşlı kişi üzərindəki bıçaqla yeniyetmələrlə haqq-hesab çəkməyə gedib.

Təcavüzkar tərəddüd etmədən 14 yaşlı Maksimə bıçaqla bir neçə dəfə zərbə endirib. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
58
interpress.az

1Sources