GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-da Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan Hudson İnstitutu İranın ciddi siyasi və iqtisadi böhranla üz-üzə qaldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, institutun 17 gündür davam edən kütləvi etirazlardan sonra yayımladığı hesabatda “İslam Respublikası ölür” ifadəsi yer alıb.
Hesabatda qeyd olunur ki, qiymət artımları və dərin iqtisadi böhran fonunda rejim üç mümkün ssenari ilə qarşı-qarşıyadır: tam süqut, qismən transformasiya və ya müvəqqəti şəkildə ayaqda qalmaq cəhdi.
Lakin ekspertlərin fikrincə, bu ssenarilərin heç biri hakimiyyətin indiki formada qalmasına imkan verməyəcək. Analitiklər vurğulayırlar ki, ölkədə iqtisadi vəziyyət kritik həddə çatıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.