Rusiyanın “Oreşnik” raketi ilə Lvova zərbəsi BMT-ni təcili toplantıya vadar edib...
Poliqon xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Rusiyanın “Oreşnik” raketi ilə Lvova endirdiyi zərbə ilə bağlı fövqəladə iclas keçirib. “Kommersant” qəzetinin məlumatına görə, iclasın məqsədi hadisənin nəticələrini müzakirə etmək və beynəlxalq təhlükəsizlik baxımından mümkün tədbirləri qiymətləndirmək olub.
İclas zamanı üzv ölkələr raket zərbəsinin mülki obyektlərə və infrastrukturuna təsiri, humanitar nəticələr və bölgədə gərginliyin artması kimi məsələləri müzakirə ediblər. Diplomatik mənbələr bildirirlər ki, bəzi ölkələr hadisəyə görə sərt bəyanatlar verməyə və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirməyə çağırıb. Eyni zamanda, iclasda Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və münaqişənin dinc yolla həlli yolları da müzakirə olunub.
Poliqon.info