EN

Fərid Orucov bu vəzifəyə TƏYİN OLUNDU

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

Milli.Az xəbər verir ki, Fərid Orucov ABB-nin Daxili Audit üzrə Ekspertiza Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

O, 2016-ci ilin yanvarından indiyə kimi ABB-də Daxili Audit departamenti direktorunun müavini kimi çalışıb. Bu vəzifəyə qədər o müxtəlif banklarda rəhbər vəzifələrdə işləyib.

Fərid Orucov 2009-cu ildə Azərbaycan Texnologiya Universitetindən Biznes/İdarəetmə İqtisadiyyatı üzrə bakalavr dərəcəsini əldə edib. Bununla yanaşı Fərid Orucov Koç Universitetində təhsil alıb./banker.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
5
news.milli.az

6Sources