EN

Hakimə hücum etdiyinə görə qırmızı kart aldı

Yazını böyüt
Yazını kiçilt

Ötən gün Türkiyə Kuboku C Qrupu matçının ikinci həftəsində “Qaziantep” -“Kocaelispor” oyunu zamanı gərgin anlar yaşanıb.

Hafta.az xəbər verir ki, “Qaziantep”in baş məşqçisi Burak Yılmaz hakimə hücum edib.

Buna səbəb oyunçusu Tayyib Talhanın qırmızı kart almasıdır.

Belə ki, matçın 13-cü dəqiqəsində hakim Burak Pekkan futbolçuya ilk olaraq sarı kart göstərib. Lakin VAR-a yenidən baxdıqdan sonra qərarını dəyişərək qırmızı kart çıxarıb. Bu zaman çalışdırıcı özündən çıxaraq referiyə hücum edib. Onun qarşısını almağa çalışıblar. Pekkan baş məşqçinin aqressiv davranışına görə ona da qırmızı kart göstərib.

Qeyd edək ki, matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Chosen
22
2
hafta.az

3Sources