EN

Rusiya Ukraynada daha 990 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 990 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 221 min 940 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 6 tank, 74 artilleriya sistemini və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
98
15
missiya.az

10Sources