Ötən il Azərbaycanda 48 min 446 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alanların böyük hissəsi it qapması ilə bağlı olub və bundan 32 min 194 nəfər zərər çəkib.
Keçən il ərzində insanlar arasında bir quduzluq hadisəsi qeydə alınıb. (report)