EN

Pekin ABŞ-la ticarət dövriyyəsinin azalmasının miqyasını qiymətləndirib

Bakı, 14 yanvar, AZƏRTAC

2025-ci ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 18,7 faiz azalaraq 559,74 milyard dollara enib.

AZƏRTAC xəbər verir ki, ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, Çin məhsullarının ABŞ-a ixracı 20 faiz azalaraq 420,05 milyard dollar, ABŞ-ın Çinə idxalı isə 14,6 faiz azalaraq 139,69 milyard dollar təşkil edib.

Çin ABŞ-dan əsasən soya, pambıq və qarğıdalı, həmçinin mikroçip, avtomobil, kömür və mis, Birləşmiş Ştatlar isə ÇXR-dən smartfon, kompüter, litium-ion batareyaları, uşaq oyuncaqları, plastik məmulatlar, təhlükəsizlik kameraları, məişət texnikası, geyim və ayaqqabı alır.

Chosen
160
1
azertag.az

2Sources