EN

Zərdab sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Beydulla Feyzullazadədən, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Dövlətimizin işsiz şəxslərə göstərdiyi davamlı diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Özünüməşğulluq proqramı çərçivəsində əmlak əldə etmək imkanının yaradılması mənim üçün böyük stimul oldu. Bu fürsət işimi genişləndirməyə və yeni iş yerləri yaratmağa şərait yaradır. Sizin apardığınız uğurlu siyasət nəticəsində müharibə veteranlarına göstərilən dəstəyi yüksək qiymətləndirirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Beydulla Feyzullazadə

Azərbaycan Respublikası, Zərdab rayonu, Qoşaoba kəndi.

Chosen
23
qht.az

1Sources