EN

İlin ən yaxşı fransalı məşqçisi

style='margin-bottom:10px;'>

"France Football" nəşri 2025-ci ilin ən yaxşı fransalı məşqçisinin adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu, "Lill"in çalışdırıcısı Bruno Genesio olub. O, səsvermədə "Sanderlend"dən Regis Le Braysı 17 səs qabaqlayıb. 3-cü yeri "Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Sonia Bompastor tutub.

Genesio 2024-cü ilin yayından bəri "Lill"də çalışır. Ötən mövsüm onun komandası Liqa 1-də 5-ci yeri tutub. Hazırda isə "Lill" 17 turdan sonra 4-cüdür.

Chosen
171
1
teleqraf.com

2Sources