EN

“Park Bulvar”da robot və əyləncə şousu keçiriləcək

“Park Bulvar” ticarət mərkəzində yanvarın 16-da, saat 18:00–20:00 aralığında robot və əyləncə şousu təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, tədbir texnologiyaya marağı olan uşaqlar və valideynlər üçün nəzərdə tutulub.

Proqram çərçivəsində FRC robotunun canlı təqdimatı, robot simulyasiya yarışları və interaktiv texnoloji fəaliyyətlər keçiriləcək. Ziyarətçilər, həmçinin “Qarabağ” FK-nın “Kəhəri” və “Şokki Moki” maskotları ilə görüşərək xatirə şəkli çəkdirə biləcəklər.

Tədbir zamanı müxtəlif oyunlar, sürprizlər və hədiyyələr də təqdim olunacaq.

İdman.Biz
Məqalədə:
Chosen
25
3
idman.biz

4Sources