EN

Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda külək elektrik stansiyalarında 169,7 milyonkVt·st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt·st, BərkMəişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyonkVt·st elektrik enerjisi istehsal edilib.

Trend bubarədə Energetika Nazirliyinə isitnadən xəbər verir.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ölkədə külək elektrikenerjisi istehsalı 118,6 milyon kVt·st (3,3 dəfə), günəş elektrikenerjisi istehsalı 43,5 milyon kVt·st (7,8%) artıb, Bərk MəişətTullantılarının Yandırılması Zavodunda elektrik enerjisi istehsalıisə 10,4 milyon kVt·st (4,5%) azalıb.

Ümumilikdə, 2024-cü illə müqayisədə külək və günəş elektrikstansiyalarında 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·stelektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən,Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st,yəni 0,9% artaraq 28,657 milyard kVt·st olub.

Chosen
149
az.trend.az

1Sources