
“ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə İran ətrafında gedən proseslər müzakirə olunmayıb”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.
ABŞ-nin İranla əməkdaşlıq edən ölkələrə qarşı vəd etdiyi sanksiyaların müzakirə olunub-olunmadığı ilə bağlı suala cavab olaraq Mirzoyan İranla bağlı proseslərin görüşdə müzakirə olunmadığını bildirib.
Daşqın HəsənovMissiya.Az