EN

Cəmilə 3 günlük istirahətinə 60 000 manat pul xərclədi

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Özümə söz vermişdim ki, bu il ad günümü xarici ölkələrin birində qeyd edəcəm və özüm üçün pul xərcləyəcəm. Bu, mənim özümə verdiyim hədiyyə oldu”

Gununsesi.info xəbər verir ki, bunu müğənni Cəmilə Atv telekanalında yayımlanan “Rəngarəng” verilişində deyib:

“Niyə etməyim ki? Özümü tanıyandan, həmişə işləyən olmuşam, pul qazanmışam. İndi isə özümə istirahət verdim, özümü sevindirdim.

3 günlük Dubaya getdim. Bilirsiniz ki, oralar çox bahalıdır”.

Müğənni qeyd edib ki, Dubayda 3 günə 60.000 manat xərcləyib:

“Dünyanın ən bahalı otelində qaldım, hava gözəl idi, istirahətim möhtəşəm keçdi. Hər şeyə pul xərclədim — yemək, gəzmək, maşın icarəsi.

Bir sözlə, inanılmaz bir istirahət etdiyim üçün çox xoşbəxtəm. Axı, 60 il ərzində 60 min manatı yalnız özümə xərcləyə bilmərəm. Niyə bunu özümüzə rəva bilməyək?”.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources