EN

Bankların küclü bir mühafizə sistemi olmalıdır Hüquqşünas

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Vətəndaş bilərəkdən, yaxud bilməyərəkdən kart məlumatlarını təsadüfən kiberdələduzlara verə bilərlər. Amma bankların da güclü bir mühafizə sistemi olmalıdır.  Müştəri sms vasitəsilə təsdiqləməsə kartdan vəsaitin silinməsi prosesi baş verməməlidir”. 

Bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bunu 525.az deyib. O qeyd edib ki, kiberdələduzlar vətəndaşın mobil telefonunu görə, ora müdaxilə edə bilmirlər. Bəzən sms xidmətlərə qoşulan müştərilərə də otp kod gəlmir və vəsait kartdan silinir:

“Artıq bunun günahı vətəndaşlarda yox, banklardadır.  Banklar normal təhlükəsizlik sistemi qurmalıdırlar ki, insanlar bu kimi problemlərlə üzləşməsinlər”.

Sevinc Qarayeva  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
525.az

1Sources