EN

Oktay Kaynarcadan saxlanılması ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanılıb. Daha sonra onlar  məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

"Unikal" xəbər verir ki, Oktay Kaynarca bu gün mətbuata açıqlamasında məhkəmə-tibbi ekspertizasının nəticələri yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcəyini bildirib.

O, əlavə edib ki,uzun illərdir narkotiklərlə mübarizə aparır və bu çərçivədə həyata keçirilən bütün hüquqi əməliyyatları dəstəkləyir.

 

 

Chosen
52
6
unikal.az

7Sources