EN

Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu - Fotolar 

Tanınmış bloqqer Məryəm Novruzi sosial şəbəkə hesabında atası məşhur iş adamı Fərid Novruzi ilə söhbətini əks etdirən növbəti video paylaşıb...

Poliqon Editor.az-a istinadən xəbər verir ki, videoda diqqət çəkən bir məqam sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bloqqerin paylaşdığı videoda onun atası Fərid Novruzinin sükan arxasında yol hərəkəti qaydalarını dəfələrlə pozması faktı qeydə alınıb.

Videoda görünür ki, “Novco” şirkətlər qrupunun rəhbəri və Azərbaycan Çimərlik Futbol Federasiyasının sədri Fərid Novruzi avtomobil idarə edərkən diqqətini qızı ilə söhbətə yönəldir, telefonla məşğul olur və bəzi hallarda hər iki əlini sükandan çəkir.

Poliqon.info

Chosen
44
3
poliqon.info

5Sources