Universitetlər tələbələrin orta təhsil attestatını girov saxlayır. Metbuat.az-ın məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov etiraz edib. O bildirib ki, tələbəyə surətini notarial (və ya apostil) təsdiq etmək lazım olanda da ali məktəb attestat əvəzinə başqa sənədi girov kimi saxlayır və ya ümumiyyətlə attestatı tələbənin əlinə verməyərək notariusa özü aparır:"Sanki attestat tələbənin deyil, ali məktəbin mülkiyyətidir. SSRİ-dən qalma yersiz bürokratik qaydadır. Sivil dünyada abituriyent daxil olduğu ali məktəbə attestatın təsdiq olunmuş surətini təqdim edir. Yalnız keçmiş SSRİ məkanında bu anormal və tələbəyə əziyyət verən, ali məktəbi isə əlavə kargüzarlıqla yükləyən qayda var. Belə bəsit məsələdə keçmişdə qalmış təhsil sistemimizin mahiyyət üzrə bərbad olması labüddür" Sevinc İbrahimzadə / Metbuat.az