EN

Universitetlər vətəndaşların mühüm sənədini girov saxlayır Vəkildən ETİRAZ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Tələbənin orta təhsil attestatı niyə ali məktəblərimizdə saxlanılır? Tələbəyə surətini notarial (və ya apostil) təsdiq etmək lazım olanda da ali məktəb attestat əvəzinə başqa sənədi girov kimi saxlayır və ya ümumiyyətlə attestatı tələbənin əlinə verməyərək notariusa özü aparır”.

Redaktor.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov yazıb.

O bildirib ki, attestatın universitetə verilməsi lüzumsuz qaydadır:

 “Sanki attestat tələbənin deyil, ali məktəbin mülkiyyətidir. SSRİ-dən qalma yersiz bürokratik qaydadır. Sivil dünyada abituriyent daxil olduğu ali məktəbə attestatın təsdiq olunmuş surətini təqdim edir. Yalnız keçmiş SSRİ məkanında bu anormal və tələbəyə əziyyət verən, ali məktəbi isə əlavə kargüzarlıqla yükləyən qayda var. Belə bəsit məsələdə keçmişdə qalmış təhsil sistemimizin mahiyyət üzrə bərbad olması labüddür...”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
3
redaktor.az

4Sources