EN

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: 3 nəfər xəstəxanaya yerləşdirilib

Bakı-Sumqayıt yolunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, qəza bu gün saat 12:00 radələrində Xırdalan şəhəri ərazisində baş verib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində müxtəlif markalı beş avtomobil toqquşub. Xəsarət alan 3 kişi bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə hospitalizasiya olunub.

Qəza ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Chosen
127
2
anews.az

5Sources