EN

Verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

2025-ci ildə Azərbaycanda 512 192 "ASAN İmza" elektron imza sertifikatı verilib.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % azdır. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Hesabat dövründə "ASAN İmza"lar  333 388 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 11,8 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları.

Sertifikatlar 3 il etibarlıdır.

Aytac

 

Chosen
37
4
anews.az

5Sources