EN

Azərbaycanda qış transfer pəncərəsi açıldı: Bu tarixə qədər

Bu gün Azərbaycanda qış transfer pəncərəsi açılıb.

Publika.az xəbər verir ki, klublar 2025/26 mövsümünün qış fasiləsindəki transferləri bu gündən qeydiyyatdan keçirə bilərlər.

Peşəkar Futbol Liqasının qərarına əsasən, oyunçuların qeydiyyatı üçün son tarix fevralın 10-u (saat 23:59-a kimi) olacaq.

31 mart 2026-cı il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.

Chosen
60
8
publika.az

9Sources