EN

Rusiyanın bu bölgəsi xüsusi hərbi əməliyyat iştirakçıları üçün ödənişləri artırdı

Çuvaşiya Respublikasının rəhbəri Oleq Nikolaev xüsusi hərbi əməliyyatlarda iştirak edənlər üçün ödənişləri 2,1 milyon rubla qədər artırıb. Federal müavinətlər nəzərə alınmaqla ümum məbləğ 2,5 milyon rubl təşkil edəcək.

Herbiand.az bildirir ki, müvafiq fərman regional hökumətin saytında dərc edilib.

Sənəddə artırılmış şərtlərin 1 yanvar - 31 mart 2026-cı il tarixləri arasında imzalanmış müqavilələrə şamil ediləcəyi göstərilir.

Respublika rəhbəri özünün Telegram kanalında izah edib ki, Çuvaşiya eyni zamanda, xüsusi əməliyyat əsgərlərinə və onların ailələrinə hərtərəfli dəstək göstərməyə davam edir. O qeyd edib ki, tibbi və psixoloji dəstək, eləcə də xidmətlərini başa vurduqdan sonra işə düzəlməyə kömək üçün proqramlar işə salınıb.

Qeyd edək ki, bundan əvvəl Samara vilayətində də xüsusi hərbi əməliyyatlarda iştirak edənlər üçün ödənişlər artırılıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
59
herbiand.az

1Sources