EN

"Ermənistan Avropa İttifaqının üzvü olmaq istəyir" - Paşinyan

"Ermənistanın Avropa İttifaqının tamhüquqlu üzvü olmasını istəyirik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizlik forumunda bildirib.

O, Ermənistanın Aİ standartlarına uyğun bir ölkəyə çevrilmək yolunda olduğunu deyib: "Biz Aİ-nin tamhüquqlu üzvü olmaq istəyirikmi? Bəli, birmənalı və qəti şəkildə. Bunu necə təsəvvür edirik? Biz nəticə çıxarırıq və əvvəlki dövrün təcrübəsi göstərdi ki, heç bir ölkə geosiyasi və ya digər məqsədəuyğunluq baxımından Aİ üzvü kimi qəbul edilmir. Bunun üçün çox böyük və vacib bir şərt var: ölkə obyektiv olaraq Aİ standartlarına ən azı 97, 98, 99 faiz uyğun olmalıdır. Bizim strategiyamız belədir: biz Ermənistanı Aİ standartlarına uyğun ölkəyə çevirmək yolunu çox qətiyyətlə və aydın şəkildə izləməliyik". 

Paşinyanın sözlərinə görə, Aİ daha da genişlənməmək qərarına gələ bilər, lakin bunun əksi də baş verə bilər: "Standartlara cavab verəndə iki seçimimiz var: ya Aİ-nin üzvü kimi qəbul olunacağıq, ya da qəbul olunmayacağıq. Hər iki halda Ermənistan qalib gəlir: bir halda o, Aİ-nin tamhüquqlu üzvü olur, digər halda isə üzv olmur, Avropa standartlarına cavab verən müasir dövlətə çevrilir.

Növbəti nüans ondan ibarətdir ki, biz eyni zamanda Aİ üzvü və AAİ üzvü ola bilməyəcəyimizi anlayırıq. Lakin indi fərqli bir reallıq ortaya çıxır ki, bu yolla getmək və AAİ üzvü olmaq üçün hələ də yer var. Və biz bu gün həmin məkandayıq. Biz açıq şəkildə bəyan edirik ki, bu yolla gedirik. Biz AAİ üzvüyük, bu o deməkdir ki, bu məsələdə heç bir uyğunsuzluq yoxdur. Buna görə də, uyğunluq mümkün olduğu müddətcə AAİ üzvü olaraq qalmağa davam edəcəyik. Uyğunluq mümkün olmadıqda, Ermənistan vətəndaşları ilə birlikdə Ermənistan Respublikası xalqının iradəsinin sərbəst ifadəsindən irəli gələn qərar qəbul edəcəyik". 

Ağarza Elçinoğlu

Chosen
67
50
unikal.az

10Sources