EN

Səidə Bəkirqızı özünü təriflədi – Səhvləri bir-bir sadaladı - VİDEO

“Mənə dedilər ki, səni dilçilər, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan. Diksiyava, danışıq tərzivə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim ki, hamı-hamını bəyənmək zorunda deyil. Məni Murad Dadşov bəyənməyəndə heç nə itirmirəm, amma Qulu Məhərrəmli, Etibar Babayev bəyənməyəndə, çox şey itirirəm”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri aparıcı Səidə Bəkirqızı aparıcısı olduğu “Bax Da” verilişində deyib.

Aparıcının bu çıxışını radio aparıcısı, bədii-qiraətçi Kəmalə Onur tənqid edib.

O, Səidə Bəkirqızının çıxışını sosial media hesabında paylaşaraq yazıb:

“Videonu Səidə xanıma bu sözləri deyənlər üçün paylaşıram. “Diksiyava” yox, “diksiyana”, “danışıq tərzivə” yox, “danışıq tərzinə”, “zorunda deyil” yox, “məcburiyyətində deyil” demək lazımdır. Bu hələ cəmi 16 saniyədə baş verənlərdir. Təşəkkür”.

Aydan Hacı


Telegram kanalımız
Chosen
28
1
yenisabah.az

1Sources