Azvision saytına istinadən ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, “Böyük Britaniyanın “The Guardian” nəşrinin məlumatıan görə, Klintonlar cütlüyü, eyni zamanda, amerikalı respublikaçıları və ABŞ prezidenti Donald Trampı sərt tənqid ediblər. Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasının Nəzarət Komitəsi ötən ilin avqust ayında sədr Ceyms Komer hökumətin Epsteyn işinə baxmasını nəzərdən keçirmək niyyətində olduğunu bildirdikdən sonra Klintonları dinləmələr çağırıb. 
NYT: “Klintonlar cütlüyü “Epşteyn işi”nin hədəfində”
Klintonların vəkilləri çağırış vərəqələrini “etibarsız və icraedilməz”, “müvafiq məlumat əldə etmək məqsədi daşımadığı üçün əsassız” və “hakimiyyət bölgüsündə görünməmiş pozuntu” adlandırıblar. Çağırış vərəqəsi Bill Klintonun yanvarın 13-də, Hillari Klintonun isə yanvarın 14-də ifadə verməyə gəlməsini tələb edirdi. Keçmiş prezident dinləmələrə gəlmədikdən sonra, Ceyms Komer jurnalistlərə bildirib ki, Konqres prosesinə hörmətsizliyə görə gələn həftə Klintonun məsuliyyətə cəlb olunması barədə təşəbbüs irəli sürəcək. Xatırladaq ki, azyaşlı qızları cinsi əlaqələrə cəlb etməsi ilə bağlı ittihamlar əsasında məhkəmə prosesini gözləyən maliyyəçi Ceffri Epşteyn, rəsmi açıqlamaya görə, 2019-cu ildə həbsxanada intihar edib. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.