“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhid Zərbəli Vidadi oğlu Qafarovun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, onun övladları Xalidə və Həsən fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub, eləcə də məktəbli ləvazimatları ilə təmin ediliblər.
Həmçinin Xalidə fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universitetinin "Dünya" Məktəbində təhsil alır.