EN

Xəzər rayonunda iki oğru saxlanılıb

Sia Az saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd noutbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U. Orucovu müəyyən edərək saxlayıblar.

Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb, mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
122
4
sia.az

10Sources