Bakı, 14 yanvar, AZƏRTAC
Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı üzrə müraciətlər 2026-cı il fevralın 20-dək qəbul ediləcək.
Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycandan elektron müraciətlər isə martın 2-dək davam edəcək.
Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.