EN

İnsan qalıqları olan yüzlərlə çanta aşkarlandı

2026-cı il Dünya Kubokunun oyunlarının keçirilməsi planlaşdırılan Meksikadakı "Estadio Akron" stadionunun yaxınlığında insan qalıqları olan yüzlərlə çanta tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti yazıb.

Məlumata görə, araşdırma missiyası bu tapıntıları stadionun 16 kilometr radiusunda yerləşən ən azı 22 gizli kütləvi məzarlıqla əlaqələndirib.

İlk qalıqlar 2025-ci ilin fevral ayında yaşayış kompleksləri tikən fəhlələr tərəfində aşkarlanıb. O vaxtdan bəri itkin düşmüş şəxslərin ailələri və könüllü axtarış təşkilatları çoxsaylı gizli məzarlardan ən azı 500 torbanın tapılmasını sənədləşdiriblər.

İddia edilir ki, ştatda itkin düşmə halları sistematikdir və qurbanlar parçalara ayrılaraq öldürülür.

Chosen
138
publika.az

1Sources