EN

Trampın dayandırdığını iddia etdiyi səkkiz müharibə ocağı hələ də tüstüləyir və yenidən alovlana bilər

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Alyaskada Putinlə Trampın görüşü, dünyanın geosiyasi xəritəsinin yenidən bölünməsi… Mənə elə gəlir ki, ABŞ Rusiyaya öz təsir dairəsini bildirib. Bura Latın Amerikası, Qrenlandiya, Panama, Kanada, Kuba daxildir. Çin də Tayvan məsələsini ortaya atıb. Çin ABŞ-nin maraqlarına mane olmasın deyə, ABŞ də Çinə Tayvan məsələsində mane olmayacaq. Rusiyanın maraq dairəsində isə, Ukrayna və keçmiş postsovet məkanında olan respublikalar var".

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, bu formada dünyada böyük dövlətlər arasında maraqlar müəyyənləşdirilib.

Şair Ramaldanov

“ABŞ bu gün özünün hegemonluq imkanlarını, müəyyən bir şəkildə zəifləmiş imkanlarını bərpa etmək istəyir və bununla bağlı addımlar atacaq. ABŞ tərəfindən atılan addımlara qarşı hansısa toqquşmalar, qısa müddətli müharibələr görünə bilər.

Bu gün ABŞ-nin maraqlarının qarşısını ala biləcək güc görmürəm və bunu hiss edən ABŞ da tarixi bu imkandan istifadə edib, öz maraqlarını təmin etmək istəyir.

Tramp de-yure olmasa da, Latın Amerikada olan ölkələrin ABŞ-nin tabeçiliyinə və təsiri altına tam şəkildə alınmasını təmin etmək istəyir, həmçinin bu formada tarixə düşmək istəyir. Baş verən hadisələr bu ilin gərgin bir il olacağından xəbər verir. Trampın bu gün mövqeyi, siyasəti qarşıda qoyulan bu hədəflərə nail olmaqdır və ABŞ-nin təsir dairəsini genişləndirməkdir”-deyən hərbi ekspert bildirib ki, Donald Trampın məqsədi bu əhatə dairəsini genişləndirərək, bir iş adamı kimi ABŞ-nin dövlət borclarının da müəyyən bir şəkildə silinməsinə nail olmaqdır.

Şair Ramaldanov vurğulayıb ki, Venesuela, həmçinin digər Latın Amerikası ölkələri zəngin təbii ehtiyatları olan ölkədir: “Çin Latın Amerika ölkələrinə böyük maraq göstərərək müəyyən bir şəkildə orada investisiyalar yatırır, bu ölkələrlə əlaqələri genişləndirir. Bu da ABŞ-nin diqqətindən kənarda qalmır. Necə ki, Rusiya deyir ki, “NATO-nun mənim sərhədlərimə yaxınlaşmasını istəmirəm”. ABŞ də istəmir ki, həmişə ABŞ-nin təsiri altında olan Latın Amerika ölkələri bu gün Çin, Rusiya və İranla yaxınlıq etsin. Bütün baş verənlər ABŞ-nin təhlükəsizliyi baxımından müəyyən formada reaksiyasını verməsi və siyasətini bu istiqamətdə inkişaf etdirməsidir.

“Donald Tramp “səkkiz müharibəni dayandırmışam” deyir. Bilmirəm ki, o müharibələr hansı müharibələrdir. Həmin müharibələrin hamısı hələ də "tüstüləyir" və o müharibələrin hər an yenidən başlanması ehtimalı yüksəkdir”-deyə Şair Ramaldanov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
161
icma.az

1Sources