EN

Bakı dörd erməniəsilli şəxsi İrəvana təhvil verdi 

Azərbaycanda saxlanılan dörd erməniəsilli şəxs Ermənistana təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

O bildirib ki, həmin şəxslər Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyandır.

Saxlanılanlar Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib. (teleqraf)

Chosen
134
2
konkret.az

3Sources