EN

Fransada ilin ən yaxşı məşqçisi bəlli oldu

Nüfuzlu "France Football" nəşri 2025-ci il üçün Fransanın ən yaxşı məşqçisinin adını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

İlin ən yaxşısı “Lill”in baş məşqçisi Bruno Jenezio seçilib. 59 yaşlı məşqçi səsvermədə “Sanderlend”i çalışdıran Rejis Le Brisi 17 xal qabaqlayıb. Üçüncü yeri isə “Çelsi”nin qadınlardan ibarət komandasına rəhbərlik edən Sonya Bompastor tutub.

Jenezio 2024-cü ilin yayından etibarən “Lill”i çalışdırır. Ötən mövsüm onun komandası Liqa 1-də 5-ci yeri tutub. Komanda cari mövsümdə 17 turdan sonra dördüncü pillədə qərarlaşıb və lider “Lans”dan 8 xal geri qalır.

Ümumilikdə, Bruno Jeneziyonun rəhbərliyi altında “Lill” 78 oyun keçirib, bu matçlarda 40 qələbə qazanıb, 22 dəfə məğlub olub və 12 qarşılaşmada heç-heçə edib.

Premyer Liqa klubu "Fənərbaxça"ya rəsmi təklif göndərib

"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif

"Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb

"Messiyə "açıq çek" verərəm, yetər ki gəlsin"

Fernandes “Mançester Yunayted”i tərk edə bilər

Chosen
141
1
apasport.az

2Sources