EN

İranda təhlükəsizlik qüvvələri etirazçıları məqsədli şəkildə gözlərindən vurur – ŞOK DETALLAR YAYILDI

İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı xüsusi amansız taktika tətbiq etdiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, The Guardian nəşrinin Tehrandakı həkimlərə istinadən yaydığı məlumata görə, güc strukturlarının əməkdaşları etirazçılara qəsdən baş və göz nahiyəsindən atəş açır, o cümlədən saçma güllələrdən istifadə etməklə onları kor vəziyyətə salmağa çalışırlar.

Həkimlərin sözlərinə görə, yüzlərlə insan ağır göz xəsarətləri alıb, xəstəxanalar həddən artıq doludur, qan və tibbi ləvazimat çatışmazlığı yaşanır. Bəzi hallarda yaralılara tibbi yardım küçələrdə göstərilir. Eyni zamanda, təhlükəsizlik qüvvələrinin tibbi müəssisələrdə reydlər keçirdiyi də bildirilir.

Hüquq müdafiəçiləri bu cür atəş açılmasını etirazçıları qorxutmaq və cəmiyyəti susdurmaq məqsədi daşıyan şüurlu taktika kimi qiymətləndirirlər. Onların fikrincə, real zərərçəkənlərin sayı rəsmi statistikada açıqlanan rəqəmlərdən xeyli çoxdur.

Chosen
105
nocomment.az

1Sources