EN

Sumqayıtda 38 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTO

Sumqayıt şəhərində 38 yaşlı qadın itkin düşüb.

Paralel.az xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də şəhər ərazisində sağlamlıq imkanları məhdud olan Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə qeyd edilib.


Chosen
60
20
paralel.az

10Sources