EN

BMT TŞ Qırmızı dənizdə husilərin hücumlarının izlənməsi ilə bağlı qərarın müddətini uzatdı

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ)husilərin Qırmızı dənizdə həyata keçirdiyi hücumların izlənməsi vəqeydiyyata alınması ilə bağlı qərarın müddətini daha 6 ayuzadıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, qərar layihəsi BMT TŞ-də səsverməyəçıxarılıb və 13 lehinə səslə qəbul edilib.

Rusiya və Çin səsvermədə bitərəf qalıb. Qərarın müddəti 15 iyul2026-cı ilədək uzadılıb.

Məlumata görə, qərar ABŞ və Yunanıstan tərəfindən hazırlanıb.Səsvermə ərəfəsində çıxış edən Rusiyanın BMT-dəki daiminümayəndəsinin müavini Anna Evstigneeva bildirib ki, Moskva sənədisiyasiləşdirilmiş hesab edir və buna görə də bitərəf mövqe tutur.Onun sözlərinə görə, mövcud reallıqlar fonunda Təhlükəsizlik ŞurasıQırmızı dənizdən çox Karib hövzəsində vergi və ticarətdaşımalarının izlənməsinə diqqət yetirməlidir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Cennifer Lokettaisə qərarın qəbulunu müsbət qiymətləndirib. O qeyd edib ki, buaddım Şuranın Qırmızı dəniz və ətraf su yollarında naviqasiyaazadlığına qarşı husilərin yaratdığı “terror təhlükəsinə” qarşıayıq-sayıq qalmaq öhdəliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən husilər 2023-cü ilinoktyabrından etibarən Qəzza zolağında Qırmızı dəniz və Ədənkörfəzində İsraillə əlaqəli yük gəmilərini hədəf alırlar.

Chosen
150
az.trend.az

1Sources