EN

QHT ilə Karadeniz Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi qardaş Türkiyənin İzmir şəhərində Karadeniz Konfederasiyasının İdarə Heyətinin sədri Hızır Murtezaoğlu ilə görüş keçirib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib. Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, görüşün nəticəsi olaraq tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb:

"İmzalanmış memorandum gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, maarifləndirici tədbirlərin təşkili və regional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eləcə də ölkələrimiz arasında vətəndaş cəmiyyəti əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq. Beynəlxalq əməkdaşlığa doğru atılan bu addım münasibətilə Karadeniz Konfederasiyasına təşəkkür edirik".

Chosen
102
6
qht.az

7Sources