EN

"Liverpul" "Real Madrid"in ulduzu üçün 200 milyon avrodan çox pul ödəməyə hazırdır

Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem “Liverpul”un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızılar” “kral klubu”nun futbolçusu ilə ciddi şəkildə maraqlanır. Bildirilir ki, İngiltərə çempionu Bellinqemin transferi üçün təxminən 207 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Cud Bellinqem 2023-cü ilin yayında Dortmund “Borussiya”sından “Real”a 127 milyon avro qarşılığında transfer olunub. İngilis yarımmüdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinədək qüvvədədir.

Cari mövsümdə Bellinqem bütün turnirlər üzrə “Real”ın heyətində 23 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 160 milyon avro olaraq qiymətləndirir.

Chosen
45
90deqiqe.az

1Sources