EN

Sankt-Peterburq Universitetində İlham Rəhimovun büstü qoyuldu - FOTO

Yanvarın 14-də Sankt-Peterburq Universitetinin hüquq fakültəsində Rusiya Elmlər Akademiyasının akademiki, Azərbaycanın Əməkdar hüquqşünası, professor, hüquq elmləri doktoru İlham Məmmədhəsən oğlu Rəhimovun büstünün təntənəli açılış mərasimi keçirilib.

Redaktor.az news24.az-a istinadla xəbər verir, universitetin ənənəsinə görə, büst yalnız bu ali məktəbin hüquq fakültəsində təhsil almış, onu bitirmiş və akademik elmi adına yüksəlmiş şəxslərə ucaldılır.

Qeyd etmək lazımdır ki, İlham Rəhimov Universitetin bütün tarixi ərzində akademik Cahangir Əliabbasoviç Kərimovdan sonra bu şərəfə layiq görülmüş ikinci azərbaycanlı alimdir.

Büstün açılış mərasimində professor İlham Rəhimovun yaxın dostları, tələbə yoldaşları və qohumları iştirak ediblər.

Sankt-Peterburq Sankt-Peterburq

Chosen
102
3
redaktor.az

4Sources