EN

"Referans Pharmaceuticals" MMC-nin "Referans Medical Group" ilə əlaqəsi yoxdur

Bəzi media subyektlərində "Referans Pharmaceuticals"ın dövlət qurumları ilə dərman biznesi - araşdırma" başlıqlı yazılar yayılıb.

Moderator.az Modern.az-a istinadÉ™n xÉ™bÉ™r verir ki, aparılan araÅŸdırma zamanı hÉ™min materiallarda adı çəkilÉ™n "Referans Pharmaceuticals" MMC ilÉ™ "Referans Medical Group" klinikalar ÅŸÉ™bÉ™kÉ™si arasında hÉ™r hansı hüquqi, institusional vÉ™ ya idarÉ™etmÉ™ baxımından É™laqÉ™nin olmadığı müəyyÉ™n edilib.

Məlumata görə, sözügedən qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir və ayrı-ayrı fəaliyyət göstərirlər.

Qeyd olunub ki, iki qurumun təsisçilik strukturu, idarəetmə mexanizmi və maliyyə fəaliyyəti üst-üstə düşmür. Onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələri göstərir ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" arasında əlaqə mövcud deyil.

Chosen
52
1
moderator.az

2Sources