Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Məlumata görə, vəfat edən Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.