EN

“Kişilərin sifətinə vurub buna görə pul almaqdan yaxşı heç nə yoxdu”

Britaniyalı boksçu, WBC versiyası üzrə ağır çəkidə sabiq dünya çempionu Tayson Füri peşəkar boksa qayıtdığını elan edib.

"Football-plus.az" xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb: “2026 dönüş ilidi. Bir müddət məzuniyyətdə oldum, ancaq indi qayıtmışam. 37 yaşım var, hələ də döyüşürəm. Kişilərin sifətinə vurub buna görə pul almaqdan yaxşı heç nə yoxdu”.

Xatırladaq ki, 2008-ci ildə peşəkar boksda debüt edən Füri bu müddətdə 34 qələbə qazanıb, iki dəfə uduzub, daha bir döyüş heç-heçə bitib. Britaniyalı son iki döyüşü 2024-cü ilin mayında və dekabrında keçirib, hər iki halda ukraynalı Aleksandr Usikə uduzub.

Chosen
133
1
football-plus.az

2Sources