EN

ABŞ Qətərdəki hərbi bazasından qüvvələrini çıxarmağa başladı



Pentaqon Qətərdəki Əl-Udeyd Hava Bazasında şəxsi heyətin sayını azaldır.

Rəsmilər CBS-ə bildiriblər ki, ABŞ qoşunlarının qismən çıxarılması qabaqlayıcı tədbirdir.

Əl-Udeyd Yaxın Şərqdəki ən vacib ABŞ hərbi bazalarından biridir və orada daimi olaraq təxminən 10.000 hərbi və mülki heyət yerləşdirilib.

Xatırladaq ki, İran hakimiyyəti ABŞ-ı, İrana hücum edəcəyi halda, bölgədəki hərbi bazalarına zərbə endirməklə hədələyib.

SAMİRƏ

Chosen
32
baki-xeber.com

1Sources