Kapital Bank digər banklar və digər maliyyə institutlarındakı depozitlərini kəskin artırıb.
Marja xəbər verir ki, 2025-ci ildə Kapital Bankın banklar və digər maliyyə institutlarındakı depozitləri 384 milyon 637 min manata yüksəlib. 2024-cü ilin sonunda bu göstərici cəmi 40 milyon 952 min manat idi.
İllik müqayisədə artım 343 milyon 685 min manat və ya təxminən 839% (9,4 dəfə) təşkil edib.
Bu göstərici bankın son bir ildə likvid və qısamüddətli yerləşdirmələrə də üstünlük verdiyini açıq şəkildə nümayiş etdirir.