4 kosmonavtın olduğu kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edib.
Publika.az xəbər verir ki, buna kosmonavtların birinin səhhətində yaranan problem səbəb olub.
Kosmonavtın adı və hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilməyib.
Bildiirilir ki, Mayk Fink, Zena Kardman (ABŞ), Oleq Platonov (Rusiya) və Kimiya Yuini (Yaponiya) daşıyan “Draqon” kapsulunun Bakı vaxtı ilə 12.40-da Kaliforniyaya enişi gözlənilir.