EN

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb » AzadMedia.az


Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Chosen
51
10
azadmedia.az

10Sources