EN

“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib

“Oboronstroy” Assosiasiyasının sabiq vitse-prezidenti İrina Yasakova həbs olunmazdan əvvəl gizlənib və konspirasiya şəraitində yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Məhkəmə sənədlərindən məlum olur ki, Yasakova qeydiyyatda olduğu ünvanda yaşamayıb. Onun başqa ölkədə daşınmaz əmlakı və yaşayış icazəsi də var.

Bununla belə, vəkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib, çünki təqsirləndirilən şəxs xarici pasportunu istintaqa təhvil verib və istintaq hərəkətlərində könüllü iştirak edib.

Chosen
78
1
publika.az

2Sources