EN

Fransa və Almaniya Qrenlandiyaya hərbçilər yerləşdirir Təlim, yoxsa?

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Fransız hərbçilər Qrelandiyaya doğru irəliləyirlər, başqaları da onları izləyəcək".

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron özünün “X” hesabında yazıb. O qeyd edib:

"Danimarkanın xahişi ilə Fransanın Danimarka tərəfindən Qrenlandiyada təşkil edilən birgə təlimlərdə “Arktika Dözümlülüyü Əməliyyatı”nda iştirak etməsinə qərar verdim".

Qeyd edək ki, Fransa və Almaniya da daxil olmaqla bir sıra digər Avropa ölkələri silahlı qüvvələrini birgə təlim üçün Danimarkanın muxtar ərazisinə yerləşdirirlər. 14 yanvar 2026-cı ildə Vaşinqtonda keçirilən görüşdən sonra rəsmi Kopenhagen Amerika prezidentinin arzuladığı Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ ilə fundamental fikir ayrılığını etiraf edib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
1
bakivaxti.az

2Sources