525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Rüsum üzrə güzəştin ləğv edilməsi qiymət artımlarını şərtləndirir. Bu da o deməkdir ki, kərə yağının qiyməti artacaq”.
İqtisadçı ekspert Rəşad Həsənov bunu 525.az-a söyləyib. O vurğulayıb ki, bu istiqamətdə il ərzində adambaşına düşən xərc 10 faiz və ya orta hesabla 12-20 manat civarında artır. Bu da orta statistik 4 nəfərlik bir ailə üçün 50 manatdan 80 manata qədər əlavə xərc yükü formalaşdırır:
“Yerli istehsalın azalması, südün qiymətinin yüksəlməsi və istehsal xərclərinin artması yerli məhsulların bazarda bahalaşmasına səbəb olur. Eyni zamanda, idxal olunan heyvan mənşəli yağlar və süd məhsullarının da qiymətlərində ciddi artım qeydə alınıb. Proqnozlara əsasən, qiymətlərin gələcəkdə sabitləşməsi və ya artım templərinin zəifləməsi bu xarici amillərin davamlı olub-olmamasından asılı olacaq. Azərbaycanda kərə yağı istehlak səbətinə daxil olan əsas məhsullardan biridir. Yağın bahalaşması əhalinin, xüsusilə də həssas sosial qrupların büdcəsinə mənfi təsir göstərir. Bu səbəbdən də əsas prioritetlərindən biri asılılığı azaltmaq, yerli istehsalı dəstəkləmək, bazarda rəqabət mühitini dərinləşdirmək və qiymət artımlarının qarşısını almaq üçün effektiv tədbirlər görmək olmalıdır”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.