Metbuat.az xəbər verir ki, ilk yarımfinal matçında Seneqal ilə Misir millisi qarşılaşıb.Muhammed Salahın komandası Seneqalın müqavimətini qıra bilməyib. Rəqibi 1:0 hesabı ilə məğlub edən Seneqal yığması adını finala yazdıran ilk ölkə olub. Qarşılaşmada zəif oyun nümayiş etdirən və rəqib futbolçularla tez-tez konfliktə girən Salah futbol mütəxəssisləri tərəfindən sərt tənqid olunub. “Qalatasaray”ın formasını geyinən Viktor Osimenin ölkəsi də yarımfinalda uduzub. Nigeriya - Mərakeş qarşılaşmasının qalibi penaltilərdə müəyyənləşib. Mərakeş millisi 4:2 hesablı qələbə ilə finala yüksəlib. Nigeriyanın ulduzu Viktor Osimen bu vacib matçtda komandasına kömək edə bilməyib.
Final oyunu yanvarın 18-də Mərakeş və Seneqal yığmaları arasında keçiriləcək.